05:20 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
25021

Zöhrab Əzimov Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə ölkəmizi təmsil edəcək.

BAKI, 26 fev-Sputnik. Kikboksçu Zöhrab Əzimov Rusiyada ölkəmizi təmsil edəcək. Zöhrab Əzimov Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə ölkəmizi təmsil edəcək.
Bu barədə məlumatı Sputnik-ə Kikboksinq Federasiyasından veriblər.

Məlumata görə, 27 fevral 2016-ci il tarixində Azərbaycan yığma komandasının üzvü, Avropa çempionu, dünya üçüncüsü, on qat Azərbaycan çempionu Zöhrab Əzimov Timur Nadirovla Rusiyanın Oryol şəhərində kikboksinq üzrə peşəkar döyüşdə "ACB" kəməri uğrunda mübarizə aparacaq.

Zöhrab Əzimov özü "Sputnik"in əməkdaşına bu görüşlə bağlı deyib: "Azərbaycan çempionatında 10 qat Azərbaycan çempionu oldum. Ondan sonra məşqləri saxlamadım və Rusiya idmançısı ilə yenidən qarşılaşacam. Ona qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Birinci dəfə xal hesabında uduzmuşdum. Bu dəfə qalib gəlib Azərbaycana qızıl medalla qayıtmağa çalışacağam."

Xatırladaq ki, bu, hər iki idmançının revanş döyüşüdür. İdmançı Rusiyada Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş məşqçisi, əməkdar idman ustası Hakim Hacıyevin rəhbərliyi altında döyüşə çıxacaq.

Əlaqədar

Kikboksinq üzrə Azərbaycan çempionatı DİN İdman Cəmiyyətinin qələbəsi ilə başa çatıb
Teqlər:
əməkdar idman ustası Hakim Hacıyev, Rusiya Daxili İşlər Nazirliyi, Oryol, Zöhrab Əzimov, Azərbaycan Kikboksinq Federasiyası, kikboks, Rusiya, Azərbaycan

Əsas mövzular