Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Stolüstü tennisçilərimiz gümüş medal qazanıblar

© Photo : Table Tennis Federation of Azerbaijan RespublicBeynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri
Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri - Sputnik Azərbaycan
Abunə olmaq
Fransanın Metz şəhərində yeniyetmə və azyaşlılar arasında keçirimiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb.

BAKI, 23 fev — Sputnik. 17- 21 fevral 2016-cı il tarixlərində Fransanın Metz şəhərində yeniyetmə və azyaşlılar arasında keçirimiş Beynəlxalq Stolüstü Tennis Federasiyasının Premium Açıq turniri başa çatıb. Bu barədə Sputnik Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən məlumat verir.

29 ölkədən 239 idmançının iştirak etdiyi turnir şəxsi və komanda formatında keçirilib.

Yarışda ən güclü 8 komanda siyahısına daxil olan qızlardan ibarət komandamız 1/4 finala qədər yüksələrək Fransa komandasına məğlub olublar.

Yeniyetmə oğlanlardan ibarət komandamız isə 1/2 finalda Yaponiya komandasına qalib gələrək finala vəsiqə əldə ediblər. Komandamız finalda Rusiya komandasına məğlub olaraq II yer tutub gümüş medal qazanıblar.

Xəbər lenti
0