21:14 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
337551

Avropada böyük uğurlara imza atan Ağalı Alışov Azərbaycanda üzləşdiyi haqsızlıqlardan danışır: "Mənə dəli diaqnozu qoydular"

BAKI, 22 fev — Sputnik. Ötən həftə məşhur boksçu, bir çox peşəkar boks yarışlarının qalibi Ağali Alışov, şəxsi "Facebook" səhifəsində Azərbaycanda qəbul olunmadığını, başqa ölkəyə köçməyə məcbur olduğunu yazmışdı. Sputnik-in əməkdaşı bu məsələ, həmçinin idmançının yaşadığı digər problemlər ətrafında, onunla həmsöhbət olub. Müsahibəni təqdim edirik.

- Kifayət qədər peşəkar idmançısınız. Niyə Azərbaycanı atıb getdiniz? Sizi burada nə qane etmədi?

— Atasız böyüdüyüm üçün uşaqlıq ilərim çox çətinliklərlə keçib. Yarışlara qatılmaq üçün maddi imkanım yox idi. Çünki, beynəlxalq yarışlara gedəndə bütün xərci özün cəkmək məcburiyyətində olurdum. Bir gün qərara gəldim ki, gedim Rusiyaya. Əsas məqsədim Rusiyada gedib oxumaq idi. 17 yaşımda heç kimə xəbər etmədən evimizi tərk edib Rusiyanın Moskva şəhərinə yollandım. Çox əziyyətlərə qatlanmalı oldum. Geri dönməyə isə heç cür üzüm gəlmirdi. 2 il sonra təsadüf nəticəsində tanış olduğum bir insan idmanla məşğul olduğumu öyrəndi və məni öz boks kulubuna dəvət etdi.

Boks idman növü o günə kimi mənə çox yad idi. Razılaşdığımız vaxt deyilən kuluba getdim və elə ilk dəfə də boks idmanına burada, 19 yaşımda başladım. Qısa bir zaman ərzində boks sirlərinə yiyələndim. İmkansız olduğumu müəllimim də çox gözəl bilirdi. Bir gün mənə pul qarşılığında peşəkar döyüşə çıxmaq təklif etdilər. Bu, pulsuz biri üçün gözlənilməz bir təklif idi. Həmən razılıq verdim. İlk döyüşümdə qalib gələrək, 400 dollar pul qazandım. Çox sevinirdim. Ancaq peşəkar boksun da öz sirlərinin olduğunu bilmirdim. Promotor və menecerimin olmaması ucbatından növbəti 4 döyüşlərimdə haqsızlıqların qurbanı olaraq məğlub oldum.

Çox yaxın bir zamanda kulub tapıb (ВАЮР) 3 ilik müqavilə bağladım. Bir neçə döyüş keçirib qalib oldum. 2007-ci ildə sənədlərimi təqdim etdiyim Rusiya Xalqlar Dostluğu Universitetinin qarşısında təşkil olunan 1 may əmək sərgisində ermənilərin təxribatının qurbanı oldum. Ermənilərin tədbirdə qaldırdıqları qondarma "Qarabağ bayrağına" etirazımı bildirib, onların əlindən o əski parçasını alıb cırdığım zaman məni silahla vurdular və qarın nahiyəmdən yaralandım. Bu hadisədən sonra universitetdən sənədlərimi geri qaytardılar, həm də Rusiyadakı kontraktımı ləğv etdilər. Yenidən gəldim Bakıya. Həmişə olduğu kimi çox soyuq qarşılandım. İdmana dəxli olan orqanların boş-boş məsləhətlərindən artıq ürəyim bulanmağa başladı. Qərar verdim ki, köçüm Ukraynaya və köçdüm.

- Amma Ukraynadan yenidən qayıtdınız Bakıya və qəbul etmədilər sizi. Kimlər qəbul etmədi? Və nə səbəb gətirdilər?

— Ukraynada olduğum zamanlarda mən peşəkar boksda çox böyük uğurlar əldə etdim. Son məğlub olduğum döyüş 11 il bundan qabaq olub. 11 ildir çıxdığım bütün döyüşlərin qalibi olmuşam və döyüşlərimin 90%-də rəqiblərimə nakautla qalib gəlmişəm. Bir gənc idmançı kimi Ukraynada tanınmış kulubların, məsələn "Union Boxing Promotion", Kiliçko qardaşlarının kulubu "K2 Promotion"un təşkil etdiyi beynəlxalq yarışlarda iştirak edir, ölkəmizi layiqincə təmsil edib bayrağımızı yüksəldirdim.

2011-ci ildə WBA versiyasın Avropa çempionu olmaq imkanı mənə nəsib oldu. Bütün xərcləri özüm çəkməyimə baxmayaraq (35 min manat) qarşımda çoxlu problemlər yaradırdılar. Çox çətinliklə də olsa, Gənclər və İdman Nazirliyinin, Boks Federasiyasının razılığı ilə bu yarışı Bakıda təşkil etdim. 2-ci raundda qabırğam qırıldı, çox çətin bir döyüş oldu, ancaq şükürlər olsun Allaha, mən bu döyüşdə qələbə qazandı. Nəticədə, WBA versiyasında qalib gələn ilk azərbaycanlı Avropa çempionu oldum. Sonra mənə qarşı olunan haqsızlıqlara dözməyib yenidən Ukraynaya döndüm və yenə də öz ölkəmi layiqincə təmsil etdim.

2014-cü ildə Ukraynada yaşanan böhrana görə (mən Donetsk vilayətində yaşayırdım) Azərbaycana döndüm. Dəfələrlə Gənclər və İdman Nazirliyinə, Boks Federasiyasına həm yazılı, həm də şifahi müraciətlər etdim. Mənim kimi bir idmançını tanımadıqlarını söylədilər. Haqqımı tələb etdikdə, cənab Prezidentə, birinci xanım Mehriban Əliyevaya məktub yazıb bu məsələyə aydınlıq gətirəcəyimi bildirəndə, mənə hədə-qorxu gələrək Gənclər və İdman Nazirliyindən uzaqlaşdırdılar. Son dəfə isə nazirliyin qarşısına jurnalistləri dəvət edib bu işi ictimailəşdirəcəyimi bildirəndə polis çağırtdırıb məni Nərimanov rayon Polis İdarəsinə apardılar, orada 3 saat saxladıqdan sonra buraxdılar.

Bundan sonra ölkə başçısına 3 teleqram və 5 məktub yazdım. Cavab ala bilmədim. Başa düşdüm ki, yenə həmişə kimi, Prezidentdən məlumatları gizlədirlər, gələn məktubları cırıb atırlar. Getdim Prezident Administrasiyasına və oradan iş nömrələrinə zəmg etdim. Dəstəyi götürən insana problemlərimi danışmağa başladım. Adam məni dinlədikdən sonra, "başın bədəninə ağırlıq etməsin, bura İdman Nazirliyidir ki, gəlmisən?!" dedi.

- Və bu məsələdən sonra yenidən ölkədən getmək qərarına gəldiniz?

— Öz doğma vətənimdə mənə qarşı olunan bu haqsızlıq məni çox sıxırdı. Heç məşqlərimə də gedə bilmirdim. Tam həvəsdən düşmüşdüm. Başqa ölkələrə gedib döyüşmək mənim üçün problem deyildi. Sadəcə məni düşündürən bir sual var idi: nəyə görə öz ölkəmdə olmaz? Qərara geldim ki, çıxacam "Koroğlu" metrostansiyasının yanındakı körpünün üstünə və bütün jurnalistləri, idmana aidiyyəti olan orqanları dəvət edib bu işi araşdıracam. Lakin bunu etmək istədiyim zaman körpünün üstündəki polislər məni tutub apardılar Bakı Şəhər Baş Polis İdarəsinə. Orda məni dindirəndən sonra, polislər diaqnoz qoydular ki, mən dəliyəm və göndərilməliyəm dəlixanaya. (gülür —m.) Tanışlar vasitəsilə canımı oradan qurtardım. Qərara gəldim ki, öz təhlükəsizliyim üçün yenidən ölkəmi tərk edib, başqa bir ölkədə karyerama davam edim. Artıq Almaniyada müqavilə də bağlamışam. Dekabır ayında ilk döyüşümü keçirdim və 2-ci raundda nokautla qalib gəldim. Fevral ayının 27-də isə yenidən döyüşə çıxacam.

- Yenidən təklif gəlsə, Azərbaycana dönmək istəyərsiniz?

— Belə bir təklif olsa, əlbəttə ki, dönərəm. Ancaq təhlükəsizliyimə zəmanət verilməsi şərtilə…

Əlaqədar

"Həyatımı idmana həsr edəcəm, özümü başqa yerdə görmürəm"
"Bu idman növü ilə ailə həyatı heç cür alınmır..."
Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...
İki idmançımız liderliyi ələ aldı
Azərbaycan idmançıları yenə saxtakarlıq üstündə yaxalandılar
Teqlər:
Gənclər və İdman Nazirliyi, çempion, Ağali Alışov, boksçu

Əsas mövzular