Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Stolüstü tennis üzrə Respublika çempionatı yekunlaşdı

© Sputnik / Terane KhudabakhshiyevaStolüstü tennis üzrə Respublika çempionatının iştirakçıları
Stolüstü tennis üzrə Respublika çempionatının iştirakçıları - Sputnik Azərbaycan
Abunə olmaq
Səbuhi Mehdizadə: "Yarış yüksək səviyyədə keçdi. Uğur qazanan idmançıları təbrik edirik və onlara qarşıdan gələn yarışlarda uğur arzulayırıq. İnanırıq ki, idmançılarımız uğurları ilə bizi sevindirəcəklər"

BAKI, 12 fev — Sputnik. Bu gün Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Sputnik-ın yarışı izləyən əməkdaşının verdiyi xəbərə görə, finalda respublikanın ən güclüləri öz güclərini sınayıblar. Qalib gələn tennisçilər bu il ərzində beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcəklər.

Ağır atletika məşqləri. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

Yarışın bağlanış mərasimində Stolüstü Tennis Federasiyasının baş katibi Səbuhi Mehdizadə yarışın yüksək səiyyədə keçdiyini qeyd edib: "Yarış yüksək səviyyədə keçdi. Uğur qazanan idmançıları təbrik edirik və onlara qarşıdan gələn yarışlarda uğur arzulayırıq. İnanırıq ki, idmançılarımız uğurları ilə bizi sevindirəcəklər".

Xatırladaq ki, komanda ilə yarışa kişilər üzrə 13, qadınlar üzrə 7 komanda qatılıb. Şəxsi yarışlara isə 40 kişi, 20 qadın qatılıb.Qadınların qalib komandaları:

1-ci yer — "Bakı-4"
2-ci yer — "Bakı-1"
3-cü yer — Sumqayıt

Kişilərin qalib komandaları:
1-ci yer — "Bakı-2"
2-ci yer — "Bakı-3"
3-cü yer — "Bakı-1"

Qadınlar üzrə qoşa yarışmaların qalibləri:
1-ci yer — İmanova Məryəm, Şirinova Nərmin
2-ci yer — Quliyeva Rüfət, Qarayeva Nəzakət
3-cü yer — Məmmədli Fatimə, Əhmədova Nəzrin

Kişilər üzrə qoşa yarışmaların qalibləri:
1-ci yer — Şahgəldiyev Əliverdi, Waug Chenxi
2-ci yer — Allahverdiyev Vəzir,Yang Xinyu
3-cü yer — Həşimli Xəyal, Qafarlı Yusif

Qarışıq qoşa yarışlarının qalibləri:
1-ci yer — Waug Chenxi, Məmmədli Fatimə
2-ci yer — İmanova Məryəm, allahverdiyev Vəzir
3-cü yer — Quliyeva Rüfət, Əliyev Rüstəm

Fərdi qadınlar üzrə qaliblər:
1-ci yer — Chen Xiutar
2-ci yer — Üang Miao
3-cü yer — İmanova Məryəm

Fərdi kişilər üzrə qaliblər:
1-ci yer — Yang Xinyu
2-ci yer — Wang Chenxi
3-cü yer — Cəfərov Ramil

Xəbər lenti
0