06:43 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Formula 1

"Renault-Nissan" Formula-1-də birincilik uğrunda 3 ildən sonra mübarizə aparacaq

© Sputnik / Максим Богодвид
İDMAN
Qısa URL
1201

Renault-Nissan alyansının prezidenti Karlos Qon bildirib ki, komandanın podium uğrunda mübarizə aparması üçün 3 ilə ehtiyacı var.

BAKI, 6 fev – Sputnik. Renault-Nissan alyansının prezidenti Karlos Qon bildirib ki, komandanın podium uğrunda mübarizə aparması üçün 3 ilə ehtiyacı var.

Sputnik F-1.az –a istinadən xəbər verir ki, çərşənbə günü Renault Sport F1 komandası 2016-cı ildə yarışacaqları qara-sarı rəngli bolidini tanıdıb. Mövsümün ilk yarışına qədər sarı rəng çalarlarının artırılması gözlənilir.

Təqdimat zamanı Karlos Qon komandanın hədəfləri haqqında danışıb. O bildirib ki, komandanın podium uğrunda mübarizə aparması üçün 3 ilə ehtiyacı var: “Biz bilirik ki, işimiz çətindir. Ən yaxşı komandalara qarşı mübarizə aparacayıq. Stabil olaraq podium uğrunda mübarizə aparmaq üçün 2-3 ilə ehtiyacımız var.

Hazırda mühərrik üzərində işləyirik. Biz bilirik ki, mövsümə çatışmazlıqlarla başlayırıq. Ancaq aradakı fərqi bağlamaq üçün lazımi istedada, təcrübəyə və istəyə sahibik.

Biz buraya sadəcə yarışmaq üçün gəlməmişik. Hədəfimiz ən üst səviyyədə mübarizə aparmaq və qalib gəlməkdir. Hədəfimiz hər yarışdan xal almaqdır.

Əgər 2016-cı ildə bunu bacarsaq, bu möcüzə olacaq. Komandaya güvənirəm və inanıram ki, onlar qısa müddət ərzində inkişaf edəcəklər”.

Xatırladaq ki, Renault 2011-ci ildə zavod komandası kimi Formula 1-dən gedib, ancaq mühərrik təchizatçısı kimi idmamdakı fəaliyyətini davam etdirirdi. Keçən ilin sonunda isə Renault Lotus-u alaraq, Formula1-ə yenidən zavod komandası kimi qayıdıb.

Əsas mövzular