Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionu ayağının sınması xəbərindən danışdı

© Photo : Rafael AghayevRafael Ağayev, karate üzrə dünya və Avropa çempionu
Rafael Ağayev, karate üzrə dünya və Avropa çempionu - Sputnik Azərbaycan
Abunə olmaq
Rafael Ağayev: "Ayağım qırılmayıb, sadəcə bir az əzələm dartılıb. O da dünən bir az müalicə etdik, düzəldi. Ayağı qırılan idmançı şəkil çəkdirəndə gülər?!"

BAKI, 5 fev — Sputnik. Dünən karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev "Facebook" səhifəsində ayağının sarğılı şəklini paylaşıb. Bu da qızğın müzakirələrə səbəb olub. Hətta mediada "Rafael Ağayevin ayağı sındı" başlığı altında xəbərlər yayılıb.

Anar Süleymanov - Sputnik Azərbaycan
İDMAN
"Dəfələrlə çempion olmalısan ki, bəlkə sənə də mükafat düşə..."

Sputnik-in əməkdaşı məsələyə aydınlıq gətirmək üçün Rafael Ağayevlə əlaqə saxlayıb. Çempion ayağının sınma xəbərini təkzib edib, sadəcə zədələndiyini deyib.

"Ayağım qırılmayıb, sadəcə bir az əzələm dartılıb. O da dünən bir az müalicə etdik, düzəldi. Ayağı qırılan idmançı şəkil çəkdirəndə gülər?!", —deyib idmançı.

Onun sözlərinə görə, özü və dostu İtaliya futbol komandasına azarkeşlik edir: "Həmin vaxt ikimiz də eyni formanı geyindiyimiz üçün şəkil çəkdirdik və paylaşdıq. Hər şey yaxşıdır. Hətta hazırda məşqə gedirəm. Bu gün məşqdən sonra şəkil çəkib atacam sosial şəbəkələrə ki, hamı arxayın olsun".

Xəbər lenti
0