07:59 25 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Qadın və kişi döyüşçülər

Transseksual idmançılarla bağlı sensasion təklif: bu, reallaşarsa...

CC0 / tacofleur / sportsman
İDMAN
Qısa URL
150710

Olimpiya oyunlarına qatılan bu təbəqədən olan idmançıların öz cinslərini dəyişməsinə ehtiyac qalmaya bilər. Bəs azərbaycanlı idmançılar buna necə yanaşır?

BAKI, 4 fev — Sputnik. Bir neçə gün öncə Beynəlxalq Olimpiya Komitəsinin tibbi direktoru Dr. Riçard Buqet (Richard Budgett), transseksual idmançıların cinsiyyət dəyişmək əməliyyatının vacibliyini aradan qaldırdıqlarını bildirib. O söyləyib ki, transseksual idmançıların əməliyyat olmadan olimpiyadada və digər böyük yarışlarda iştiraklarını təmin etmək üçün çalışırlar.

Bu o deməkdir ki, yenilik tətbiq olunarsa, hər hansı transseksual idmançı, cinsini dəyişdirməyə ehtiyac duymadan, qadın rəqibi ilə qarşılaşa biləcək. Eləcə də lezbiyan qadının əməliyyatla özünü kişiyə çevirməsinə gərək qalmayacaq, o, sərbəst şəkildə kişi rəqibi ilə qarşılaşacaq.

Bu yenilik dünya idman aləmində hansı yeniliklərə yol açacaq? Ümumiyyətlə, buna nə dərəcədə ehtiyac vardı? Ölkəmizdə dini-mənəvi kriteriya və mental dəyərlərin bu cür hadisələrə mənfi yanaşdığını da nəzərə alsaq, o zaman Azərbaycan idmançıları Riçard Buqetin təklifinə necə yanaşırlar? Sputnik əməkdaşı bu və digər suallarla idman sahəsinin tanınmış simalarına müraciət edib. Onların fikirlərini təqdim edirik:

Асеф Зейналлы, спортивный журналист
Асеф Зейналлы, спортивный журналист

Asəf Zeynallı — idman jurnalisti: "Beynəlxalq Olimpiya Komitəsinin reqlamentinə əsasən, 2004-cü ildən etibarən transgender əməliyyatı keçirilmiş istənilən şəxs Olimpiya Oyunlarına qatıla bilər. Elə son Olimpiadada kişilər arasında kürə atmaq üzrə seçmə yarışda amerikalı transseksual Kilin Qodsi mübarizə aparıb. Bu müddət ərzində məlum məsələ ilə bağlı problem yaşanmayıb. İnanmıram ki, bu qanun da qüvvəyə minsə, nəsə problem olacaq. Əksər dünya ölkələri artıq bu cür məsələlərdə mühafizəkar deyil".

Gündüz Abdullayev — taekvando üzrə məşqçi: "Həm mənəvi, həm əxlaqi, həm ədalət, həm də fizioloji cəhətdən mümkün deyil. Çünki kişi və qadın fiziki baxımdan bir-birindən fərqlənir. Buna görə də idmançı proporsiyasi və tələbləri pozulmuş olar. Ümumiyyətlə bu qərarı verən mütəxəssisin psixoloji durumunu yoxlamaq lazımdır. Axirət əlamətidir. Allah bizləri hifz eləsin, onlara isə şəfa versin".

Гюндюз Абдуллаев, тренер по таэквондо
Гюндюз Абдуллаев, тренер по таэквондо

Vüqar Məmmədov — karate-do üzrə məşqçi: "Hazırda bir çoxlarına cənnət kimi görünən, lakin bilmədikləri digər tərəfləri ilə müasir Qərb dəhşəti ondan ibarətdir ki, belə məsələləri mədəni hal kimi cəmiyyətə sırımağa çalışırlar. Belə pozğun insanlar da, sanki masson lojası kimi rəhbər vəzifələrdə özünə yer tutub, cəmiyyətdə güc qazanmaq, özlərində olan pozğunluğu  normal bir hal kimi təbliğ etmək istəyirlər. Belələrinin güc qazana bilməsi cəmiyyətlərdə günah anlayışının yox olması, mənəvi dəyərlərin deqradasiyaya uğraması ilə bağlıdır. İnformasiya virusu geniş yayılma imkanına malikdir və Qərbdə artıq normal kimi qəbul edilmiş pozğunluq siyasəti özünü bir çox sahədə göstərdiyi kimi, artıq idmanda da göstərir".

Фарида Азизова, таэквондистка
Фарида Азизова, таэквондистка

Şahin Atamov — karateçi: "Mən belə başa düşürəm ki, döyüş idman növlərində bu, mümkün deyil. Olimpiya idman növlərinə daxil edilibsə, yaxşısı budur ki, biz heç olimpiya oyunlarına daxil olunmayaq (gülür —red.). Bu, düzgün ola bilməz. Bu zaman heç bir xanım gəlib kişilərlə döyüşdə qalib gələ bilməz. Eyni zamanda kişi xanımlarla döyüşərsə, nə qədər zəif olur olsun, kişi qadınlara qalib gələcək. Hətta bu haqda eşitmişəm ki, bir qaçış üzrə kişi illərlə yarışsa da, kişilər arasında qalib ola bilmirdi. Amma sonradan o, özünü qadın edir və olimpiyadanın qadınlar arasında keçirilən yarışda gümüş medalını qazanır. Mən belə qaydaların əleyhinəyəm".

Fəridə Əzizova — taekvandoçu: "Belə götürəndə, onlar da hamı kimi insandır. Bu cəhətdən normal baxıram, yəni hərənin öz şəxsi həyatı var, döyüşə gəldikdə isə bütün rəqiblərim necə, oda elə. Sadəcə mənə maraqlı olan bir məsələ var. Özünü qadın edən kişi umumiyyətlə döyüşə bilər? Mbarizə güc və kişi xarakteri tələb edir, bu halda isə məncə, qadına çevrilən kişi ümumiyyətlə döyüşdən qacar".

Əlaqədar

İdmançı xanım: "İki oğlandan birini döydüm, o biri qaçdı"
İdman öz həmyerlilərini "cəzalandırmaq" vasitəsidir?
Peşəkar idmançı Bakıda “Formula 1” keçirilməsinə qarşıdır
İki idmançımız liderliyi ələ aldı
Teqlər:
Beynəlxalq Olimpiya Komitəsi, olimpiya, transseksual, idman

Əsas mövzular