Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“AFFA 2020-ci ilə qədər müqaviləmi uzatmaq fikrindədir“

© AP PhotoRobert Prosineçki, baş məşqçi
Robert Prosineçki, baş məşqçi - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Prosineçki: "Artıq oyunçularıma öz fəlsəfəmi başa sala bilirəm"

Bakı, 29 yan — Sputnik. Sputnik qafqazinfo.az-a istinadən xəbər verir ki, millimizin baş məşqçisi Prosineçki AFFA-nın ona 2020-ci ilə qədər ölkəmizdə qalmağı təklif etdiyini Serbiya mətbuatına açıqlamasında bildirib:

“Artıq 1 ildir ki, Azərbaycanda çalışıram. Komanda ilə çox yaxşı günlərimiz olub. Xüsusilə Norveç və Xorvatiya kimi milli komandalara qarşı heç-heçələrimizi yada salmaq istəyirəm. Maltanı məğlub etdik. Artıq oyunçularıma öz fəlsəfəmi başa sala bilirəm. Ümumiyyətlə bu ölkədə perspektivli gənclər var. Elə U-21 millsi “Antalya Cup” turnirində uğurla çıxış etdi. Azərbaycan futbolunun gələcəyi var və qazanmaq üçün düzgün iş qurmaq lazımdır. Təklif gələndə bu ölkə ilə maraqlandım və yaxşı infrastruktur, şərait olduğunu gördüm. Bu səbəbdən də təklifi qəbul etdim. Mən 2017-ci ilə qədər müqavilə bağlamışam. Amma AFFA 2020-ci ilə qədər müqaviləmi uzatmaq fikrindədir”

Xəbər lenti
0