Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan şahmatçısının adına beynəlxalq mükafat təsis edildi

© Wikipedia / Stefan64Vüqar Həşimov, şahmatçı
Vüqar Həşimov, şahmatçı - Sputnik Azərbaycan
Abunə olmaq
Mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" super turnirində təqdim ediləcək

BAKI, 26 yan — Sputnik. Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına beynəlxalq mükafat təsis edilib. Sputnik Azərtac-a istinadən xəbər verir ki, mükafat ilk dəfə Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" super turnirində təqdim ediləcək.

Səudiyyə Ərəbistanında şahmat oyunu - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanında şahmat qadağan edilir

Mükafatın qalibini münsif — ailəsi adindan qardaşı Sərxan Həşimov, Veyk-an-Zee turnirinin direktor Yerun van den Bera və yarışın baş hakimi Pavel Votruba seçəcək. Qalib "Fair-play" qaydalarına uyğun olaraq seçiləcək. Qalib seçilərkən Vüqar Həşimovun həmişə yarışlarda şahmata, azarkeşlərə və təşkilatçılara göstərdiyi hörmət prinsipi nəzərə alınacaq.

Mükafat yanvarın 31-də Veyk-an-Zee super turnirinin bağlanış mərasimi zamani təqdim ediləcək.

Xatırladaq ki, 11 yanvar 2014-cü ildə beyin xərcəngindən vəfat edib.

Xəbər lenti
0