Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan "Formula 1" üçün 10 il ərzində pul ödəyəcək

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidФормула -1
Формула -1 - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb.

BAKI, 25 yan — Sputnik. Azərbaycanın “Formula 1” yarışlarının keçirilməsi üçün ödəyəcəyi məbləğ açıqlanıb.

Sputnik-in ANS PRESS-ə istinadən verdiyi məlumata görə, ölkə ümumilikdə 150 milyon ABŞ dolları ödəməlidir. İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani Azərbaycanın "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Priyə görədir.

Damiani həmçinin B. Ekklstounun İtaliyada keçiriləcək Qran-Priyə görə ölkədən istədiyi məbləği də açıqlayıb. Avtomobil klubunun rəhbəri bildirib ki, "Formula 1" İtaliyanın bu yarışlara ev sahibliyi edə bilməsi üçün ölkə müvafiq olaraq hər il 28 milyon dollar ödəməlidir. Ancaq italyanlar hər il üçün yalnız 20 milyon dollar ödəməyə hazırdır. Onlar əlavə 8 milyon dollar ödəməyə razı deyillər.

Gənclər və idman naziri Azad Rəhimov da bu yaxınlarda mətbuata açıqlamasında Ekklstounla müqavilənin imzalandığını bildirmişdi.

Ümumilikdə isə Azərbaycan Avropa Qran Prisinin Bakıda keçirilməsinə görə 10 il ərzində ödəniş etməlidir.

Xəbər lenti
0