00:51 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
72441

Anar Süleymanov: "Yaxşı idmançılar dəfələrlə nəticə versə də, imkansızlıqdan idmandan uzaqlaşır və başqa işlə məşğul olmaq məcburiyyətində qalırlar. Yaxşı olar ki, xarici yarışları Azərbaycanda keçirmək üçün pul xərcləməkdənsə, öz yerli idmançılarımıza maaş ayırıb onları idmanda saxlasınlar"

BAKI, 20 yan — Sputnik. O, Buda döyüş növləri üzrə dördqat Avropa və Dünya çempionu, dəfələrlə beynəlxalq yarışların qalibidir. Həmçinin, Sanda döyüş növü üzrə beynəlxalq dərəcəli hakimdir və hazırda həm idmançı, həm də məşqçi kimi fəaliyyət göstərir. 50-dən çox tələbəsi var. Beləliklə, tanınmış idmançı Anar Süleymanovun Sputnik-ə müsahibəsini təqdim edirik:

- Bu illər ərzində ölkəmizin bayrağını müxtəlif ölkələrdə zirvələrə qaldırmısınız. Bu zəhmətinizin qarşılığını görmüsünüz?

— Təəssüf ki, xeyr. Ümumiyyətlə mən haqqım uğrunda tələbkar insan deyiləm. Bəlkə də ondandır ki, bu günə qədər heç bir fəxri adım yoxdur.

Anar Süleymanov
facebook profili
Anar Süleymanov

- Bu gün Azərbaycanda Olimpiya idman növlərinə daha çox maraq var, nəinki qeyri-olimpiya idman növlərinə. Bu münasibət nə dərəcədə ədalətlidir?

— Olimpiya növləri qeydi-olimpiya növlərinə baxanda, daha çətin idman növləridir. Amma burada bir dəfə nəticə verəndə idmançını evlə, işlə, pul mükafatı ilə mükafatlandırırlar. Bir sözlə, idmançı bir qələbə ilə ömrünün sonuna kimi firavan yaşayış şəraiti əldə edir. Amma qeyri-olimpiya idman növündə dəfələrlə çempion olmalısan ki, bəlkə 30-40 idmançıdan biri olaraq şansın gətirə və sən də mükafatlandırılasan.

- O zaman niyə indiyədək olimpiya idman növlərindən birinə keçməmisiniz?

— Mən artıq geckmişdim. Mən, ən yaxşı halda kikboksdan boksa keçə bilərdim, amma formaya düşüb lider olmağım üçün illər lazım olacaqdı. Ən yaxşı halda 2-ci ola bilərdim. Bu da Dünya və Avropa yarışlarına çıxmaq və nəticə vermək üçün kifayət etməyəcəkdi. Bunun üçün də yaşım keçib artıq.

- Son zamanlar qeyri-olimpiya idman növlərinə maraq azalır. Hər kəs zala daxil olanda birinci olimpiya idman növü olub-olmadığını soruşur. Bu artıq problemə çevrilir. Bundan çıxış yolunu nədə görürsünüz?

— Bunun çıxış yolunu qeyri-olimpiya idman növlərinin federasiyalarından soruşmaq lazımdır. Bunu üçün Respublikada və beynəlxalq yarışlarda yer tutan idmançıları klublara dəvət etmək lazımdır. Əvvəllər var idi, indi bilmirəm var, yoxsa yox. Gənclər və İdman Nazirliyində xüsusi işçilər olmalıdır, çempionları siyahıya alıb maaş kəsməlidirlər ki, həmin idmançılar da fikirlərini tam olaraq məşqlərə yönəldə bilsinlər və bununla yaxşı idmançıları idmanda saxlamaq mümkün olsun. Yoxsa son dövrlər xüsusilə yaxşı idmançılar dəfələrlə nəticə versə də, imkansızlıqdan idmandan uzaqlaşır və başqa işlə məşğul olmaq məcburiyyətində qalırlar. Yaxşı olar ki, xarici yarışları Azərbaycanda keçirmək üçün pul xərcləməkdənsə, öz yerli idmançılarımıza maaş ayırıb onları idmanda saxlasınlar.

- Olimpiya oyunlarında qalib olan idmançılara çoxlu mükafat, ev verirlər. Nəticədə idmançı idman karyerasını dayandırmaq və yığdıqlarını xərcləmək yolunu seçir. Buna bir çempion kimi münasibətiniz necədir?

— Bunun bir neçə səbəbi ola bilər. Məsələn, ola bilər ki, idmançı öz gücünün pik nöqtəsini məhz o yarışda görür, ondan sonra artıq gücü tükənir. Və yaxud idmançı yarışda qalib gəlmək üçün bütün gücünü qoyur, zədələrinə baxmayaraq qalib olur, amma zədəsi dərinləşir və bununla da zədə onun idman koryerasına son qoyur. Yəni səhhəti yol vermir. Üçüncü variant isə idmançı qələbə qazanıb özü üçün şərait yaradandan sonra artıq idmanla zəif məşğul olmağa başlayır, hətta deyərdim ki, özü üçün məşq edir, bu da sonradan məğlubiyyətə gətirib çıxarır. Məncə, bu formada idmanı yarı yolda atmaq idmana hörmətsizlikdir. Və hətta deyərdim ki, günahdır. İdmanı sona kimi davam etdirmək lazımdır.

Əlaqədar

İdman mərc oyunlarından əldə edilən gəlirlərdən vergi tutulacaq
Mariya Şarapova dünyanın ən çox qazanan qadın idmançısıdır
Gələcəkdə Azərbaycan qlobal idman tədbirlərinə ev sahibliyi edə bilər
Erməni idmançıya azərbaycanlı həkimlər tibbi yardım göstəriblər
Azərbaycanlı könüllü polyak idmançını belə xilas etdi
Teqlər:
qeyri-olimpiya idman növləri, Olimpiya idman növləri, məşqçi, beynəlxalq dərəcəli hakim, Sanda döyüş növü, Avropa və Dünya çempionu, Buda döyüş növləri, Anar Süleymanov, idmançı, idman

Əsas mövzular