Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA və FIFA prezidentləri 8 müddətinə futboldan kənarlaşdırıldılar

Mişel Platini və Zepp Blatter
Mişel Platini və Zepp Blatter - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA prezidenti Mişel Platini və FİFA prezidenti Yozef Blatter korrupsiyanın güdazına getdilər.

BAKI, 21 dek — Sputnik. UEFA prezidenti Mişel Platini və ona qanunsuz şəkildə 2 milyon İsveçrə frankı verməkdə ittiham olunan FİFA rəhbəri Yozef Blatter 8 illik futboldan kənarlaşdırılıb.

Sputnik-in məlumatına görə, FİFA-nın Etika Komitəsinin Arbitraj Palatası onların hər hansı futbol sahəsi ilə məşğul olmasına qadağa qoyub.

Bu gün keçirilən iclasda qəbul olunan qərar son vaxtlar FİFA və UEFA ətrafında hallanan hadisələrin davamı olub.

Sentyabrın 25-də İsveçrənin Federal Ədliyyə Bürosu Blatterin 2011-ci ildə Platiniyə qanunsuz şəkildə pul verməsi ilə bağlı iş açıb. Oktyabrın əvvəlində FİFA-nın Etika Komitəsi hər iki qurum prezidentini 90 günlük futbol sahəsindən kənarlaşdırmışdı. Noyabrın 23-də qurumun Arbitraj Palatası onlara qarşı yeni iş açmışdı.

1998-ci ildən FİFA prezidenti olan Yozef Blatter mayın 29-da yenidən bu posta seçilsə də, iyunun 2-də korrupsiya qalmaqalı ilə əlaqədar postundan gedəcəyini açıqlamışdı. Növbəti seçkilər isə gələn ilin fevralında baş tutacaq.

Xəbər lenti
0