15:50 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
5301

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Silviya Angelovanın ardınca daha 2 üzvü dopinq-testdə "ilişib".

BAKI, 16 dek-Sputnik. Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dopinq qalmaqalı ilə üzləşib.

Sputnik Apasport-a istinadən xəbər verir ki, Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə "ilişib".

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A nümunəsi müsbət nəticələnib. Bu səbəbdən o, B nümunəsi vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.

Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək.

Əsas mövzular