Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz İsveçi darmadağın etdi

Futzal
Futzal - Sputnik Azərbaycan
Abunə olmaq
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Bakı, 10 dek — Sputnik. Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilk oyununu keçirib.

Sputnik-in Trend-ə istinadən verdiyi məlumata görə, Xorvatiyanın Osiyek şəhərindəki "Dvorana Gradski VRT" idman kompleksində İsveç millisi ilə qarşılaşan komandamız 8:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Eduardo Mello Borqes het-trik, Vitali Borisov isə dubl edib. Hərəyə 1 dəfə Vieyra Da Silva Auqusto Sezar, Amadeu Fernandes da Silva və Fineo de Araujo fərqləniblər.

Xəzər dənizindəki "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzada faciəli şəkildə dünyasını dəyişmiş şəxslərin xatirəsini yad etmək məqsədilə millimizin üzvləri meydançaya qara sarğı ilə çıxıblar.

Qeyd edək ki, futzalçılarımız növbəti oyununu dekabrın 11-də, Bakı vaxtı ilə saat 20:30-da Belarus yığmasına qarşı keçirəcək.

Xəbər lenti
0