Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Qarabağ” və “Qəbələ” Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

© sputnik.azQarabağ FK - Qəbələ FK
Qarabağ FK - Qəbələ FK - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

BAKI, 1 okt — Sputnik. Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunları keçiriləcək.

Sputnik-in məlumatına görə, turnirdə çıxış edən təmsilçilərimiz “Qarabağ” və  “Qəbələ” növbəti oyunlarına çıxacaqlar.

İlk turda İngiltərədə “Tottenhem”ə məğlub olan ağdamlılar bu dəfə öz meydanında Belçikanın ən titullu komandası “Anderlext”i qəbul edəcək. 

Digər təmsilçimiz “Qəbələ” Rusiyada “Krasnodar”ın qonağı olacaq. İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan klubumuz uğurlu seriyasını Krasnodarda da davam etdirməyə çalışacaq.

Xəbər lenti
0