19:18 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
İDMAN
Qısa URL
1601

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib.

BAKI, 18 sen — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyunları keçirilib.

Azərbaycan təmsilçisi “Qarabağ” da bu mərhələdə ilk oyununa çıxıb.

Ağdamlılar Londonda “Tottenhem”in qonağı olublar. Qarabağ" oyuna sürətli başlayıb. Qarşılaşmanın 7-ci dəqiqəsində Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək qonaqları irəli çıxarıb.

Bu qoldan sonra londonlular hücumları artırıblar. Nəticədə "Tottenhem"li Son Xın Min 28 və 29-cu dəqiqələrdə vurduğu qollarla komandasını hesabda irəli çıxarıb.

Birinci hissənin sonlarında Əfran İsmayılov Denni Rouzun səhvindən yararlanaraq hesabı bərabərləşdirə bilməyib. İkinci hissədə "Qarabağ"ın qol vurmaq üçün yaxşı məqamları olmayıb. Əvəzində londonlular bol qol imkanları yaradıblar. 

Belə imkanlardan birində, oyunun sonlarında Erik Lamela matçda son nöqtəni qoyaraq nəticəni elan edib — 3:1.

Avropa Liqasının qrup mərhələsinidəki digər təmsilçimiz “Qəbələ” də ilk oyununu keçirib.

Tarixində ilk dəfə Avroliqanın qrupuna düşən milli çempionatınımızın bürünc mükafatçısı bu mərhələnin ilk oyununda öz meydanında Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. “Qəbələ” qrup mərhələsindəki ilk oyununda heç-heçə oynayaraq (0-0), 1 xal qazanıb. 

Əsas mövzular