09:38 17 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
İDMAN

"Qarabağ" ikinci dəfə Avroliqanın qrup mərhələsində!

İDMAN
Qısa URL
42010

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

BAKI, 27 avq — Sputnik. Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan çempionu “Qarabağ” Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib.

Səfərdə keçirilmiş ilk görüş 1:0 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdığından ağdamlılara bu oyunda heç-heçə də kifayət idi. 

Oyunda ilk topu 4-cü dəqiqədə penaltidən Riçard Almeyda vurub. 43-cü dəqiqədə Reynaldo hesab arasındakı fərqi iki topa çatdırıb.

İkinci hissədə, 61-ci dəqiqədə Əfran İsmayılov üçüncü topu isveçrəlilərin qapısından keçirib. Görüş elə bu hesabla da başa çatıb. 

Beləliklə, "Qarabağ" ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

  • Qarabağ - Yanq Boyz görüşü
    Qarabağ - Yanq Boyz görüşü
  • Qarabağ - Yanq Boyz görüşü
    Qarabağ - Yanq Boyz görüşü
  • Qarabağ - Yanq Boyz görüşü
    Qarabağ - Yanq Boyz görüşü
1 / 3
Qarabağ - Yanq Boyz görüşü
Teqlər:
ağdamlılar, cavab oyunu, Tofiq Bəhramov adına Respublika stadionu, vəsiqə, futbol, UEFA Avropa Liqası, Yanq Boyz” klubu, Qarabağ FK, Əfran İsmayılov, Riçard Almeyda, Reynaldo, İsveçrə, Azərbaycan, Bakı

Əsas mövzular