09:29 20 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
UEFA Avropa Liqası

Avropa Liqası: “Qarabağ” və “Qəbələ” cavab oyunlarına çıxacaqlar

peru.com
İDMAN
Qısa URL
8511

Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

BAKI, 27 avq — Sputnik. Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək. Səfərdə qazanılan 1:0 hesablı qələbənin verdiyi üstünlüklə meydana çıxacaq ağdamlılar rəqibini mübarizədən kənarlaşdıraraq ötən il qazandığı uğuru yenidən təkrarlaya bilərlər. Görüş Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yerli vaxtla 21:00-da başlayacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxacaq. Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq. Bu görüş Afinada Apoastolos Nikolaidis stadionunda Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Əsas mövzular