01:24 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Tbilisidə yanğın

Tiflis bazarında yanğın olub, 2 nəfər ölüb

© Sputnik /
İDMAN
Qısa URL
2201

Tiflisdə “Eliava” tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

BAKI, 5 avq — Sputnik. Tiflisdə “Eliava” tikinti materialları bazarında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

RİA Novosti-nin xəbərinə görə, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Yanğın ötən gün axşam saatlarında “Eliava” tikinti materialları bazarında boya anbarında baş verib. Yanğının söndürülməsinə 15 yanğınsöndürmə briqadası və helikopterlər cəlb olunub.  

Ölənlərin şəxsiyyəti hələlik müəyyən etmək olmayıb.

Həmçinin yanğın nəticəsində yanğınsöndürən və xilasedici daxil olmaqla 5 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır.

Əsas mövzular