21:31 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
43301

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı olub.

BAKI, 4 avqust — Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı olub.

Sputnik AFFA-ya istinadən məlumat verir ki, TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın "Youtube" (AFFA Official) kanalında yayımlanacaq. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq.

CBC TV çəkilişləri peşəkar səviyyədə — stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.

Teqlər:
CBC Sport kanalı, CBC beynəlxalq peyk TV, CBC TV, Peşəkar Futbol Liqası, Peşəkar Futbol Liqasının Premyer Liqa oyunları, AFFA, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan

Əsas mövzular