02:11 18 Oktyabr 2017
Canlı yayım
Futbol fiti

İlk fit səsi

weltsport.net
İDMAN
Qısa URL
26821

1878-ci il iyulun 10-da Londondakı futbol oyunlarından birində hakimlik polis nəfərinə tapşırılır. Oyunda dava düşəndə polis heç düşünmədən fit çalır. Qorxuya düşən oyunçular davaya son qoyurlar. O vaxtdan hakimlər meydançaya fitlə çıxırlar.

BAKI, 10 iyul – Sputnik. Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun nə az-nə çox-2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, ayaqla, başla, sinə ilə, bir sözlə, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək, daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi. Tsu-cunun bir neçə variantı vardı. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq oyunun ilk qaydalarını işləyib-hazırlayır. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydançaya fit ilə yalnız 1878-ci il iyulun 10-da çıxıb. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. O zaman hakim rolunu futbol azarkeşləri öz üzərinə götürürdülər. 

1878-ci il iyulun 10-da Londondakı futbol oyunlarından birində hakimlik polis nəfərinə tapşırılır. Oyunda dava düşəndə polis heç düşünmədən fit çalır. Qorxuya düşən oyunçular davaya son qoyurlar. O vaxtdan hakimlər meydançaya fitlə çıxırlar.

Əsas mövzular