BAKI, 7 iyun — Sputnik. İdman geyimləri üzrə ixtisaslaşmış Adidas şirkəti korrupsiya qalmaqalına görə Beynəlxalq futbol federasiyası FIFA ilə əməkdaşlığa son qoya bilər.
Bu barədə Die Welt yazır.
Mayın 27-də Sürixdə təşkilatın bir neçə yüksək rütbəli məmuru həbs olunub. İyunun 2-si FIFA rəhbəri Yozef Blatter tutduğu vəzifədən istefa verib.
FIFA və Adidas 45 ildir ki, əməkdaşlıq edirlər.