16:05 15 Dekabr 2017
Canlı yayım
İDMAN

Albaniya birinci Avropa Oyunlarına 28 idmançı göndərəcək

İDMAN
Qısa URL
201

Atletika üzrə yarışlarda bu ölkədən 15 idmançı çıxış edəcək.

BAKI, 27 may — Sputnik. Albaniya birinci Avropa Oyunlarına 28 idmançı göndərəcək.

“Bakı-2015”in saytı xəbər verir ki, albaniyalı idmançılar idmanın 9 növü üzrə mübarizə aparacaqlar. Atletika üzrə yarışlarda bu ölkədən 15 idmançı çıxış edəcək.

Albaniya komandasında Olimpiya təcrübəsinə malik atıcı Adriatik Hokha “London-2012” Olimpiya Oyunlarında güllə atıcılığı üzrə mübarizə aparıb. Qırx yeddi yaşlı atıcı Arben Kucana da “London-2012”də 10 və 50 metr məsafədən tapançadan atəşaçma yarışlarında gücünü sınayıb.

Beynəlxalq uğura imza atan digər albaniyalı idmançı Luiza Geqadır. O, 2013-cü ildə keçirilmiş Aralıq Dənizi Oyunlarında 1500 metr məsafəyə yarışda gümüş, həmin il keçirilən Universiadada isə eyni məsafəyə qaçışda bürünc medala sahib olub.

Albaniyalı idmançılar atletika, boks, velosiped, cüdo, karate, atıcılıq, üzgüçülük, taekvondo və güləş yarışlarında birincilik uğrunda mübarizə aparacaqlar.

Əlaqədar

Ermənistanı Avropa Oyunlarında 25 idmançı təmsil edəcək
“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi
Bakı-Xırdalan-Sumqayıt qatarında gediş haqqı ucuz olacaq
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək

Əsas mövzular