17:09 14 Dekabr 2017
Canlı yayım
Volter de Qreqorio

FIFA: Dünya Kubokunun qrafikində dəyişiklik olmayacaq

fifa.com
İDMAN
Qısa URL
FIFA ətrafında qalmaqal (12)
601

İsveçrənin Sürix şəhərində keçirilən konfransda FIFA-nın mətbuat katibi Volter de Qreqorio son rüşvət qalmaqalı və qurumun gələcək fəaliyyəti ilə bağlı açıqlama verib.

BAKI, 27 may – Sputnik. İsveçrənin Sürix şəhərində keçirilən konfransda FIFA-nın mətbuat katibi Volter de Qreqorio son rüşvət qalmaqalı və qurumun gələcək fəaliyyəti ilə bağlı açıqlama verib. 

“Son rüşvət qalmaqalı FIFA-nın qəbul etdiyi qərarlara təsir etməyəcək. Əvvəlcədən qərar verildiyi kimi, futbol üzrə dünya çempionatı 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçiriləcək. ABŞ və İsveçrə tərəfindən ortaya atılan iddialar tam aydınlaşmayıb. Təəssüf ki, qurumun hədəfləri və aldığı qərarlar üzərində təzyiqlər hiss olunur”, deyə Volter de Qreqorio bəyan edib. 

FIFA-nın tam ideal təşkilat olmadığını xatırladan mətbuat katibi əlavə edib ki, hər qurumda olduğu kimi FİFA-da da müəyyən problemlər ola bilər və bu ciddi şəkildə araşdırılır.


Mövzu:
FIFA ətrafında qalmaqal (12)

Əsas mövzular