02:29 24 İyun 2017
Canlı yayım
Bakı Avropa oyunları

Ermənistanı Avropa Oyunlarında 25 idmançı təmsil edəcək

baku2015.com
İDMAN
Qısa URL
801

Ermənistandan Azərbaycana gələcək idmançıların sayı bəlli olub.

BAKI, 27 may — Sputnik. Ermənistandan Azərbaycana gələcək idmançıların sayı bəlli olub. Sputnik armtoday-a istinadən xəbər verir ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Ermənistanı 6 idman növü üzrə 25 idmançı təmsil edəcək.

“Biz xüsusi olaraq o idmançıları seçmişik ki, onların qələbə şansı böyükdür”, — deyə Ermənistanın Milli Olimpiya Komitəsinin sədri Qrasiya Rostomyan bəyan edib.

O əminliklə əlavə edib ki, indiyədək Bakıya göndərilən idmançıların heç birinə hansısa təzyiq olmayıb: “Biz Bakıya gedirik ki, orada yaxşı iştirak edək və orada qazandığımız hər bir medal bizim qələbəmiz olacaq. Bakıda ağır psixoloji atmosfer altında keçriləcək yarışlar bizim idmançılar üçün elə də asan olmayacaq.”

Q. Rostomyan onu da deyib ki, Ermənistanın Azərbaycanda keçriləcək Olimpiya oyunlarında iştirakı siyasi qərar deyil: “Bu idman yarışıdır və biz orada iştirak edirik. Özümüzü belə mötəbər idman yarışından təcrid etməyimiz yaxşı hal olmazdı.”

MOK sədri sonda onu da qeyd edib ki, idmançıların təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycan rəhbərliyi ilə yanaşı Beynəlxalq  və Avropa Olimpiya Komitələrindən 100 faizlik zəmanət alıb.

Əsas mövzular