16:09 15 Dekabr 2017
Canlı yayım
Sputnik вышел на орбиту: МИА Россия сегодня запустило новый проект

Dmitri Kiselyov: Birinci Avropa Oyunları heyrətamiz hadisə olacaq

© RIA Novosti.
İDMAN
Qısa URL
4301

Dmitri Kiselyov bu yaxınlarda Bakıya səfəri zamanı idman obyektlərinin “irimiqyaslı tikintisini” gördüyünü vurğulayıb.

BAKI, 26 may — Sputnik. Əminəm ki, birinci Avropa Oyunları qitənin həyatında ən parlaq hadisə olacaq. Bu sözləri “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

O qeyd edib ki, aprel ayında Avropa Oyunlarının Moskvada təqdimatı çərçivəsində Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə TASS Agentliyində görüş keçirilib. “Bu, unudulmaz görüş oldu. Biz “Vesti nedeli” proqramında bu barədə ətraflı süjet göstərdik”.

D.Kiselyov, həmçinin vurğulayıb ki, bu yaxınlarda Bakıya səfəri zamanı idman obyektlərinin “irimiqyaslı tikintisini” görüb.

“Qitə üçün bu, çox mühüm hadisə olacaq, çünki Avropa Oyunlarının standartları müəyyən ediləcək. Əminəm ki, birinci Avropa Oyunları heyrətamiz hadisə olacaq”, – deyə məşhur jurnalist qeyd edib.

Əlaqədar

“Bakı-2015"-də təhlükəsizliyi 24 min polis və əsgər qoruyacaq
“Bakı-2015” nəqliyyatın ilk Avropa Oyunlarına hazırlığını sınaqdan keçirəcək
"Bakı-2015" zamanı qonaqlara 400 tələbə ilkin tibbi xidmət göstərəcək
“Bakı-2015”-in məşəli Bərdədən Goranboya gətirildi

Əsas mövzular