16:00 15 Dekabr 2017
Canlı yayım
affa

Azərbaycan-Serbiya oyununu avstriyalı hakimlər idarə edəcək

oxu.az
İDMAN
Qısa URL
2801

Oyunun baş hakimi Harald Lechner olacaq.

BAKI, 22 may — Sputnik. İyunun 7-də Avstriyanın Pölten şəhərindəki “NV Arena”da Azərbaycan və Serbiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu avstriyalı FIFA referiləri idarə edəcək.

AZƏRTAC xəbər verir ki, oyunun baş hakimi Harald Lechner olacaq. Ona həmyerliləri Andreas Heidenreich və Roland Riedel kömək edəcəklər.

Görüşdə dördüncü hakim funksiyasını Manuel Schüttengruber yerinə yetirəcək.

Qarşılaşma yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Əsas mövzular