18:57 24 Noyabr 2017
Canlı yayım
gimnastika

Azərbaycan yığmasının gimnastı “World Challenge Cup” yarışında qalib gəlib

mgfso.ru
İDMAN
Qısa URL
611

Azərbaycan yığmasının gimnastı Oleq Stepko Bolqarıstanın Varna şəhərində başa çatan idman gimnastikası üzrə “World Challenge Cup” yarışında qızıl medal qazanıb

 

BAKI, 14 may — Sputnik. Azərbaycan yığmasının gimnastı Oleq Stepko Bolqarıstanın Varna şəhərində başa çatan idman gimnastikası üzrə “World Challenge Cup” yarışında qızıl medal qazanıb.

AZƏRTAC Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, bütün fınallara çıxan O. Stepko öz sevimli alətində — qoşa tirlərdə parlaq çıxış nümayiş etdirərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan başqa, Oleq at üzərində və dayaqlı hoppanma hərəkətlərinə görə iki gümüş medal qazanıb.

Elə həmin şəhərdə paralel olaraq qadınlardan və kişilərdən ibarət qruplar, cütlüklər və qarışıq cütlüklər arasında akrobatik gimnastika üzrə Dünya Kuboku yarışlarının medalları oynanılıb. Bu yarışlarda Azərbaycan akrobatları Elçin Əlibəyov və Emin Gülməmmədlidən ibarət kişi cütlüyü, Anatoliy Leonov və Ulyana Dyakovadan ibarət qarışıq cütlük, habelə Aynur Hüseynova, Nərmin Ramazanova və Lalə Hüseynovadan ibarət qadınlar qrupu təmsil edib. Bütün akrobatlarımız finala yüksəlsələr də, son mərhələdə medal qazana bilməyiblər. Qadınlardan ibarət qrup və kişi cütlüyü altıncı yeri, qarışıq cütlüyümüz isə səkkizinci yer tutublar.

Varnada Dünya Kuboku yarışları ilə bərabər, yeniyetmələr arasında akrobatik gimnastika üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan yığması bu turnirdə 6 medal qazanıb. Ağasif Rəhimov-Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük iki qızıl və bir gümüş medal qazanıb. Murad Əkpərov və Seymur Cəfərovdan ibarət kişi cütlüyümüz üç dəfə üçüncü yerə sahib olub.

Fransanın Klermon-Ferran şəhərində də aerobika gimnastikası üzrə beynəlxalq yarış keçirilib. Burada qrup komandamız üçüncü yeri tutub, qarışıq cütlüyümüz isə (Vera Bosıx-Vladimir Dolmatov) dördüncü olub. Elçin Məmmədov və Aynur Cabbarlıdan ibarət digər cütlüyümüz, fərdi çıxışlarda isə V.Dolmatov beşinci yeri tutub.

Əsas mövzular