ELM

Kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı dolub

© Photo : State Examination Center of the Republic of AzerbaijanTest imtahanı, arxiv şəkli
Test imtahanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə 11 min 115 nəfər qəbul olub. Onlardan 10 min 633 nəfəri Azərbaycan, 482 nəfəri isə rus bölməsində təhsil alacaq.
BAKI, 11 sentyabr - Sputnik. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulunun nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə 11 min 115 nəfər qəbul olub. Onlardan 10 min 633 nəfəri Azərbaycan, 482 nəfəri isə rus bölməsində təhsil alacaq. Beləliklə, 11 illik təhsil bazasında kolleclərə xüsusi qabiliyyət tələb etməyən ixtisaslar üzrə qəbul planı 99.96 faiz dolub.
Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar), həmçinin orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.
Xəbər lenti
0