CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Nobel mükafatı laureatını təltif edib

© AFP 2023 / MAX ENGLUNDАзиз Санджар, фото из архива
Азиз Санджар, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Əziz Sancar 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.
BAKI, 10 sentyabr — Sputnik. Azərbaycan Respublikasının beynəlxalq humanitar əlaqələrinin inkişafında xidmətlərinə görə Əziz Səncər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Sputnik Azəbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Əziz Sancar türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamıdır. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Sancar,son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır.
Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır.
DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb.
Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Sancarın icad etdiyi və adını verdiyi "Maxicell" üsulu ilə adını verdiyi "excinuclease/excision nuclease" ferment terminləri,Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil edilib.
Xəbər lenti
0