CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir təhsilin bərpası ilə bağlı rektorlarla görüşüb

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 10.09.2021
Abunə olmaq
Görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib.
 
BAKI, 10 sentyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüş keçirib. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyəti müzakirə edilib və bununla bağlı təkliflər dinlənilib.
Qeyd edək ki, sentyabrın 29-dan ali məktəblərin əyani təhsilə başlaması ilə bağlı qərar verilib.
 
Xəbər lenti
0