ELM

Günəşdə partlayışlar: bu gün aktivlik narıncı həddədir

© AFP 2023 / SAEED KHANСолнце, фото из архива
Солнце, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər. 
BAKI, 28 avqust - Sputnik. Günəşdə üçüncü gündür ki, partlayışlar davam edir. Günəş aktivliyinin artması barədə məlumatı ABŞ-ın Milli Okean və Atmosfer Araşdırmaları İdarəsinin Kosmik Hava Proqnozu Mərkəzinin saytı yayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, son sutka ərzində alimlər C sinfindən olan yeddi partlayış qeydə alıblar. Bu gün səhər isə M sinfindən olan güclü partlayış olub.
P.N.Lebedev adına Fizika İnstitutunun Günəşin rentgen astronomiyası laboratoriyasında da aktivlik səviyyəsi narıncı həddə qaldırılıb.
Günəşdə partlayışların gücü A, B, C, M və X hərfləri ilə işarə olunur. Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər. 
Zəif maqnit qasırğası enerji sistemlərinin işində xırda nasazlıq yarada, heyvan və quşların miqrasiya trayektoriyasına təsir edə bilər. Daha güclüləri isə qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, həmçinin sənaye şəbəkələrində gərginliyin artıb-azalmasına səbəb ola bilər.
Eləcə də oxuyun:
Ruslar kosmosa uçmaq üçün yeni texnologiyanı test edirlər: hava əvəzinə maye
Kosmosa uçmaq Bezosa baha başa gəldi: O, daha dünyanın ən varlısı deyil
İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər
Rusiya kosmik zibilin Yerə düşməsi proqnozunu verən sistem yaratmağı təklif edib
 
Xəbər lenti
0