20:04 23 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9900
  • RUB0.0233
ELM
Qısa URL
18 0 0

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər nəşr edilib.

BAKI, 19 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət etmək olar. Bu barədə DİM-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.

İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə II və III ixtisas qrupları üzrə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" adlı vəsaitlər də nəşr edilib. Yaxın günlərdə I və IV ixtisas qrupları üzrə də müvafiq kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. "Abituriyent" jurnalının 4 saylı buraxılışında "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, jurnalın xüsusi buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub.

Siz, həmçinin Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən "Abituriyent Məsləhət Mərkəzləri"nə müraciət edə bilərsiniz. "Məsləhət mərkəzləri"ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.

Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən Mərkəzin "Facebook" səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır.

"Abituriyent Məsləhət Mərkəzləri" aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.

Bakı şəhəri

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71. Telefon: +994 12 431 41 17

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a. Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226);

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27. Telefon:+994 12 492 61 63;

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13. Telefon: +994 12 465 85 27;

Dövlət İmtahan Mərkəzinin regional bölmələri

Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Atatürk küçəsi, 10.

+994 36 544 04 02;

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.

+994 20 274 66 74;

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.

+994 24 244 66 14;

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, M.Rəsulzadə küç, 7b.

+994 23 325 01 21;

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.

+994 25 255 24 82;

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.

+994 22 256 50 67;

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küç, 19.

+994 21 215 15 23;

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100.

+994 20 205-01-86;

Şəmkir Regional Bölməsi

+994 55 214 97 00.

Həmçinin oxuyun:

Teqlər:
ixtisas, seçim

Əsas mövzular