ELM

Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb

© AFP 2023 / MARTIN BUREAUЭкзамен, фото из архива
Экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.08.2021
Abunə olmaq
Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 4-cü nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı təqdim olunub.
BAKI, 17 avqust — Sputnik. Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlanıb. Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı açıqlanıb.
İxtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.
Həmçinin qeyd edək ki, Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 4-cü nömrəsini nəşr edib. Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunub.
Jurnalı aşağıdakı ünvanlarda yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Həmçinin oxuyun:
Jurnalist olmaq istəyən 760 abituriyent qabiliyyət imtahanı verəcək
Xəbər lenti
0