04:42 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
ELM
Qısa URL
14 0 0

Emin Əmrullayev Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edib. Agentlik Prezident İlham Əliyevin fərmanı ilə 20 aprel 2016-cı ildə yaradılıb.

 

BAKI, 3 avqust — Sputnik. Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Valeh Mirzalıyev Peşə Təhsili üzrə Dövlət Agentliyinə direktor təyin edilib. Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin keçmiş direktoru Pərviz Yusifov idi.

Məlumat üçün əlavə edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi Prezident İlham Əliyevin fərmanı ilə 20 aprel 2016-cı ildə yaradılıb. Agentliyin yaradılması ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi güdür.

Eləcə də oxuyun:

Teqlər:
əmr, təhsil naziri, Emin Əmrullayev, peşə təhsili

Əsas mövzular