CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

© Sputnik / Rahim MuradovLənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il
Lənkəranda magistraturaya qəbul imtahanının ikinci cəhdi, 26 may 2021-ci il - Sputnik Azərbaycan, 1920, 08.07.2021
Abunə olmaq
DİM 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

BAKI, 8 iyul - Sputnik. Magistratura səviyyəsinə qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.

DİM 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 14981 bakalavrdan 10350 nəfər ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.

Magistratura səviyyəsinə qəbul olunanların qəbul olduqları ali təhsil müəssisələrindəki qeydiyyatı haqqında DİM-in saytında və sosial şəbəkə hesablarında əlavə məlumat veriləcək.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı da elan olunacaq.

Xəbər lenti
0