01:26 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
ELM
Qısa URL
Bakının son xəbərləri (58)
19 0 0

Bağlanış mərasimində məktəblilər "Yay məktəbi"nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər deyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

BAKI, 30 iyun — Sputnik. İyunun 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində "Yay məktəbi"nin başa çatması ilə bağlı bağlanış mərasimi keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən "Yay məktəbi" təşəbbüsünü uzun müddətli pandemiya şəraitində yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib.

M.Vəliyeva qeyd edib ki, "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib: "Yay məktəbi" şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkandır. "Yay məktəbi" uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özgüvən duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynayır".

Bağlanış mərasimində məktəblilər "Yay məktəbi"nə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər deyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.

Yay məktəbləri

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində "Yay məktəbi" fəaliyyət göstərib. “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə isə tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənn üzrə məşğələlər təşkil olunub.

Xatırladaq ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir. 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində “Yay məktəbi”nin təşkil edilməsi iyunun 30-da başa çatıb. Onu da qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirib və sorğuda iştirak edən respondentlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib.

Eləcə də oxuyun:

  • Dərslər bəhanə, ünsiyyət şahanə: Uşaqları "Yay məktəbi"ndən niyə qoparmaq olmur

  • Təhsildə yeniliklər olacaq: müəllimlər və valideynlər nə gözləyirlər

Mövzu:
Bakının son xəbərləri (58)
Teqlər:
yay, Azərbaycan, məktəb

Əsas mövzular