09:12 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
ELM
Qısa URL
31 0 0

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “məktəb inspektoru” vakansiyası elan edib. İndiyədək inspeksiyalar pilot layihə kimi aparılırdısa, gələn tədris ilindən hər şey dəyişəcək.

BAKI, 28 iyun — Sputnik. Növbəti dərs ilindən məktəblərdə real yoxlamalara başlanacaq.

Bu münasibətlə Təhsil nazirinin müvafiq əmri ilə həyata keçirilən “Məktəblərdə keyfiyyətin inspeksiyası” layihəsi çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi növbəti dəfə “məktəb inspektoru” vakansiyası elan edib.

Sputnik Azərbaycan xəbər verir ki, layihənin məqsədi məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək, o cümlədən, məktəb-şagird-vaideyn əlaqələrini daha da gücləndirərək, sağlam və keyfiyyətli təhsil mühiti formalaşdırmaqdır.

Layihə çərçivəsində 10 mart–7 iyunda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Lənkəran şəhərlərində, həmçinin Abşeron, Masallı, Cəlilabad və Bərdə rayonlarında yerləşən 24 məktəbdə pilot inspeksiyalar keçirilib. Mövcud vakansiya üzrə inspektorların seçimi və seçilmiş namizədlərin təlimləndirilmə prosesi yekunlaşdıqdan sonra növbəti tədris ilindən etibarən real inspeksiyalara başlanacaq.

Qeyd edək ki, sözügedən vakansiya üzrə müraciətlərin qəbulu 10 iyul 2021-ci il tarixədək davam edəcək. Müraciət etmək istəyən şəxslər Agentliyin rəsmi internet səhifəsi olan www.tkta.edu.az saytına daxil olub vakansiya tələbləri ilə tanış olaraq, məlumatlarını göndərə bilərlər.

İlin yekunları 

"Ağır bir tədris ilini başa vurmaq üzrəyik, amma təsirlərini uzun müddət aradan qaldırmalı olacağıq". Təhsil naziri Emin Əmrullayev iyunun 10-da tədris ilinin yekunlarına dair canlı yayımda çıxışında bildirmişdi. Nazir qeyd etmişdi ki, builki tədris ili fərqli oldu: "Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı".

Nazir bildirib ki, bu il ümumtəhsil müəssisələrinin XI sinfini 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirib. Bu il 160 mindən artıq I sinif şagirdi üçün də fərqli il oldu, onlar da bu dərs ilini yarı distant, yarı hibrid bitirdilər.

Pandemiyanın təhsilə təsiri

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

 

Pandemiya dövründə təhsil bi müddət distant, sonra isə yarıdistant, yarıəyani olmaqla hibrid keçilməyə başladı. Tədris ilinin sonunda karantin qaydalarında yumşalmalar da nəzərə alınaraq müəyyən qaydalarla "Son zəng" qeyd olundu.

Eləcə də oxuyun:

 

Teqlər:
inspektor, vakansiya, yoxlama, məktəb

Əsas mövzular