23:23 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
ELM
Qısa URL
30 0 0

Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur.

 

BAKI, 4 iyun — Sputnik. Prezident İlham Əliyevin "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" Sərəncamına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən "Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə" adlı elektron məlumat bazası hazırlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, elektron məlumat bazası "Rəsmi sənədlər", "Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi - Lütfi Zadə", "Həyat və yaradıcılığının əsas tarixləri", "Əsərləri", "Haqqında", "Mükafatları", "Xatirəsinin əbədiləşdirilməsi", "Dünya və universitet kitabxanalarında", "Lütfi Zadənin sevimli aforizm və zarafatları", "Fotoqalereya" və "Videoqalereya" bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/Lutfi-Zade/index.html linkindən istifadə edə bilərlər.

Məlumat üçün bildirək ki, bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı əsasında elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması ölkəmizdə elmə, elm adamlarına yüksək dövlət qayğısının və diqqətin parlaq nümunəsidir.

Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib. Alimin müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.

Eləcə də oxuyun:

  • İsraildə azərbaycanlı alimin yubileyini qeyd etdilər

  •  Rafiq Əliyev: “Lütfi Zadə bütün zamanların dahisidir

  •  Yaponiyaya milyardlar qazandıran azərbaycanlı düha

Teqlər:
Lütfi Zadə, kitabxana

Əsas mövzular