02:02 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
ELM
Qısa URL
24

"Şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək".

BAKI, 25 may — Sputnik. "Bu il lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdiri qeyd edib ki, şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər: "İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək".

F.Qarayev əlavə edib ki, fənlər üzrə suallar tədris müddətində keçirilən proqramdan kənar olmayacaq: "Qəbul imtahanı 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq.

Lisey və gimnaziyalar üçün minimum bal müəyyən ediləcək. Bu məsələ yenidən müzakirə ediləcək. Maksimum bal məsələsinə gəlincə, ilk yaxşı nəticə göstərən 90 şagird əsas götürüləcək. Amma yenə də maksimum balı müəyyən etmək çətindir".

Eləcə də oxuyun:

* DİM imtahanla bağlı açıqlama yaydı

* DİM buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə müraciət edib

* Bəzi məktəblərdə milli qiymətləndirmə əyani olacaq

 

Əsas mövzular