12:27 11 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
ELM
Qısa URL
20 0 0

Zamanla valideynlər arasında fikir ayrılığı yaranır və övladlarını digər məktəblərdə oxutmaq istəyirlər. Nəticədə sistemə yerləşdirilən sorğular silinir və bu da proqram təminatında sorğuların sayını artırır.

BAKI, 26 aprel — Sputnik. "Cari tədris ili ərzində 114 min uşaq məktəbəhazırlıq qruplarında qeydiyyatdan keçib. Onlardan təxminən 10 mini rus bölməsi üzrə təhsil alanlardır".

Sputnik Azərbaycan-bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə deyib. O qeyd edib ki, Azərbaycan bölməsi üzrə 94 min uşağın birinci sinfə qaldırılması təmin olunub: "Bu da təxmini 75 faiz deməkdir. Zamanla valideynlər arasında fikir ayrılığı yaranır və övladlarını digər məktəblərdə oxutmaq istəyirlər. Nəticədə sistemə yerləşdirilən sorğular silinir və bu da proqram təminatında sorğuların sayını artırır. Ona görə də dəqiq rəqəm demək mümkün olmur. Yerlərdən aldığımız proqnozlarla ilin sonunda nəsə deyə bilirik".

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov isə bildirib ki, bu il üçün birinci sinfə qəbulla bağlı keçiriləcək bütün müsahibələr onlayn formada keçiriləcək. Onun sözlərinə görə, bu həm də təhsil işçilərinin sağlamlığının keşiyində qalmaq üçün edilir. O.Abbasov bildirib ki, məktəbə qəbulla bağlı olan bütün prosedurların tam elektron qaydada olması üçün iş görülür: "Hesab edirəm ki, növbəti tədris ili üçün bunu etmək mümkün olacaq".

Orxan Abbasov həmçinin valideynləri rus bölməsi üzrə I sinfə qəbul olmaq istəyən şagirdlərin müsahibələrinə müdaxilə etməməyə çağırıb. "Onlar bununla övladını çaşdırır və psixoloji təzyiq edirlər. Valideynlər onlayn müsahibələrə qoşulmağa yardım edə bilərlər. Hər bir valideynin müdaxiləsi bizim işçilər tərəfindən bilinir. Bu, uşaqların nəticəsinin qənaətbəxş sayılmamasına səbəb ola bilər".

Teqlər:
müdaxilə, valideyn, Azərbaycan, rus bölməsi, qəbul, məktəb

Əsas mövzular