ELM

Hazırlaşın, yüz səhifəlik təhsil qanunu gəlir!

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджанской Республики
Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Deputat: "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyası mətbuatda yayılsa da, hələ qanunda nələrin yer alacağını indidən söyləmək olmaz

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 aprel — Sputnik. “Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hələ tam hazır deyil. Sənəd formasını aldıqdan, birinci müzakirədən sonra qanunda nələrin olacağı bilinəcək”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev bildirib. Onun sözlərinə görə, "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyası mətbuatda yayılsa da, hələ qanunda nələrin yer alacağını indidən söyləmək olmaz:

“Qanun layihəsi tam hazır deyil. İşçi qrup tərəfindən hazırlanıb. Qısa zamanda qanun layihəsi tam hazırlanacaq. Hələ ki, rəylər toplanılır, anlayış və maddələrdə müəyyən düzəlişlər edilir. Çox güman ki, yaxın vaxtlarda bu, komitə iclaslarına çıxardıla bilər. Qeyd edim ki, qanunun həcmi 100 səhifədən çoxdur”.

E.Əliyev onu da bildirib ki, Azərbaycanda “Ali təhsil haqqında” qanunun qəbulu çox vacibdir: “Dövr dəyişir, dövr dəyişdikcə də ali təhsilin paradiqmaları dəyişir. Həmin paradiqmalar qanunun işlənilməsi zamanı nəzərə alınacaq”, - deyə deputat əlavə edib.

Xəbər lenti
0