12:13 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
ELM
Qısa URL
11 0 0

Əsas məqsəd kadr hazırlığını təşkil etmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planları və proqramlarını birgə hazırlamaqdan ibarətdir.

BAKI, 8 aprel — Sputnik. Ötən həftə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə "Qafqaz-Qəbələ" MMC, "Tufandağ" MMC və "Qəbələnd" MMC arasında anlaşma memorandumu imzalanıb. Peşə Təhsili üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, memorandumun əsas məqsədi əməkdaşlıq istiqamətləri çərçivəsində bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planları və proqramlarını birgə hazırlamaqdan ibarətdir.

Sözügedən əməkdaşlıq həmçinin peşəkar mütəxəssislərin peşə təhsili müəssisəsində tədris prosesinə cəlb edilməsinə, tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların əməkdaş təşkilatların bazalarındakı müəssisələrdə istehsalat təlimi keçmələrinə şərait yaradılmasına, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində biznes tərəfdaşlıq formasının iştirakını təmin edilməsinə və digər işgüzar əlaqələrin yaradılmasına imkanlar yaradacaq. Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təhsilalanların işlə təmin olunması nəzərdə tutulur.

Əsas mövzular