ELM

"Sənsiz" bədii qiraət müsabiqəsi keçiriləcək

© Sputnik / Murad OrujovТанго-спектакль "Малена" в Баку
Танго-спектакль Малена в Баку - Sputnik Azərbaycan, 1920, 01.04.2021
Abunə olmaq
Qiraət yarışında iştirak etmək istəyənlər Nizami Gəncəvi yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini aprelin 15-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim edə bilərlər.

BAKI, 1 aprel — Sputnik. Ölkə başçısının müvafiq Sərəncamı ilə elan edilən "Nizami Gəncəvi İli" çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihə və tədbirlər nəzərdə tutulub. Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək "Sənsiz" bədii qiraət müsabiqəsi də bu qəbildəndir. Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Qiraət yarışında iştirak etmək istəyənlər Nizami Gəncəvi yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini (xronometraj 10 dəqiqəyə qədər olmalıdır) aprelin 15-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim edə bilərlər.

İştirakçılar üçün yaş məhdudiyyəti olmayan müsabiqəyə təqdim edilən nümunələr münsiflər tərəfindən seçiləcək və ilk üç yerin sahibi mükafatlandırılacaq.

Xəbər lenti
0