12:19 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
ELM
Qısa URL
681 0 0

Bərdəli oxucular arasında populyarlığını saxlayan yerli yazıçılar isə Çingiz Abdullayev və Elxan Elatlıdır.

BAKI, 25 mart — Sputnik. Məşhur bir deyim var: "Kitab oxuyanlar, hər zaman televizora baxanları idarə edəcək". Bərdə şəhərinin mərkəzindəki kitab evi də "televizora baxanları idarə edəcək" şəxslər üçün nəzərdə tutulub.   

Sputnik Azərbaycan Bərdənin Həzi Aslanov küçəsində Cümə məscidi ilə üzbəüzdə yerləşən kitab evinin qonağı olub.

© Sputnik / Musa Muradli
Bərdədə kitab evi

Burada xeyli kitab toplanıb. Arzu edənlər üçün Azərbaycan yazıçıları, Türk ədəbiyyatı, Avropa və dünya ədəbi məktəbinin nümayəndələrinin əsərləri ilə tanış olmaq imkanı var.

"Özüm kitabsevərəm. İstəyirəm ki, hamı kitab oxusun. İdeyamızın ortaya çıxması bu həvəslə bağlıdır. Kitablar əldə etdik. Onu daha da genişləndirmək, yaranan xərcləri qarşılamaq üçün kitab satışına başlamışıq", – deyə mərkəzin yaradılmasının təşəbbüskarlardan biri olan Özal Əsgərli bildirib.

Özal Əsgərli deyir ki, kitab evinə gəlib-gedənlərin sayı az deyil. Gələnlərin hamısı kitab alıb aparmasalar da, onunla maraqlanırlar. Bunun özü də kitabın təbliği baxımından faydalıdır.

"Kitab oxumağa niyyətləri var. Sadəcə, onları belə başa düşmək olar ki, büdcələrində kitaba görə pul ayırmayıblar. Daha zəruri dolanışıq xərclərilə yanaşı kitaba xərcləməyə pul nəzərdə tutmayıblar. Ola bilsin ki, bu da ailə büdcəsinə görə maddi imkanların məhdudluğu ilə bağlıdır”, - Özal Əsgərli alıcıların kitabla maraqlandıqlarını, ancaq ala bilmədiklərini belə izah edir. 

Kitabxanalarla müqayisədə kitab evində oxucuların maraqlandığı ədiblərin əsərləri daha çox əlçatandır. Özal Əsgərli bildirib ki, kitabxanalarda çox vaxt təzə çıxan kitablar olmur. Ancaq kitab evlərində istənilən kitabı hardan olursa-olsun tapıb oxucuya çatdırmaq mümkündür.

© Sputnik / Musa Muradli
Bərdədə kitab evi

Oxucuları əsasən hansı ədəbi janrlar maraqlandırır? Məlum olur ki, Bərdədə detektiv romanlar daha çox oxunur. Romantik ruhlu əsərlərə müraciət edənlər də  az deyil. Bərdəli oxucular arasında populyarlığını saxlayan yerli yazıçılar isə Çingiz Abdullayev və Elxan Elatlıdır.

Əsgərlinin bildirdiyinə görə, sevgi romanlarına müraciət edənlər ən çox Türkiyə nasirlərini seçmiş olurlar. Peyami Safa, Ahmet Şerif İzgörənin kitablarını seçənlər də az deyil.

Əsas mövzular