17:25 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0332
ELM
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (466)
46910

Nazir Emin Əmrullayev bildirib ki, yoluxmaların sayı, məktəblərin bağlanıb-bağlanmayacağı daha çox verilən suallar arasında yer alır.

BAKI, 18 mart — Sputnik. Azərbaycanda distant təhsilə keçən məktəb və siniflərin sayı açıqlanıb. Bu barədə bu gün Emin Əmrullayev Facebook sosial şəbəkə hesabında "Təhsilin keyfiyyətinə təsir edən amillər" mövzusunda çıxışında bildirib. Onun sözlərinə görə, 393 sinif hazırda distant təhsilə keçib: "Distant təhsil verən məktəblərin sayı 48 məktəb təşkil edir. Onlardan 41-i hazırda distant fəaliyyət göstərir, 7 məktəb isə distant təhsildən çıxıb". 

Nazir bildirib ki, yoluxmaların sayı, məktəblərin bağlanıb-bağlanmayacağı daha çox verilən suallar arasında yer alır.

"Biz isə məktəblərin bağlanmasından deyil, daha çox distant təhsilə keçməkdən danışırıq. Sabah sonuncu dərs günüdür. 9 bayram günündə dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq", - nazir deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 7 həftə ərzində 164 ibtidai sinif şagirdində virusa yoluxma qeydə alınıb. Eyni dövrdə 5-9-cu sinif şagirdləri arasında isə 282 şagirddə virusa yoluxma faktı qeydə alınıb. Məktəbəqədər hazırlıq qruplarında isə 23 yoluxma faktı qeydə alınıb. Ümumilikdə təhsil işçiləri aasında bu müddətdə 714 yoluxma faktı qeydə alınıb".

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (466)
Teqlər:
Emin Əmrullayev, təhsil naziri, bağlanma, məktəb

Əsas mövzular