CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırmızı planetin səthinin ilk şəkilləri Yerə göndərilib

© Photo : Mohammed bin Rashid Space Center/UAE Space Agency, via APПланета Марс, фото из архива
Планета Марс, фото из архива - Sputnik Azərbaycan, 1920, 14.02.2021
Abunə olmaq
Fotoşəkli sosial şəbəkədə paylaşan Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ərəb dünyasının ilk kosmik zondunun Marsın səthindən 25 min kilometr aralıda olduğunu yazıb.

BAKI, 14 fevral - Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 3 gün əvvəl Marsın orbitinə daxil olan “Amal” kosmik zondu qırmızı planetin səthinin ilk fotoşəklini Yerə göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, fotoşəkli sosial şəbəkədə paylaşan Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum ərəb dünyasının ilk kosmik zondunun Marsın səthindən 25 min kilometr aralıda olduğunu yazıb. O əlavə edib ki, BƏƏ İslam aləmində qırmızı planetə kosmik missiya göndərən birinci, dünyada isə beşinci ölkədir.

“Amal” kosmik zondu Qırmızı planetin iqlimini və atmosferini tədqiq edəcək ən müasir cihazlarla təchiz edilib. Ozon qatı, buzluqlar, oksigen və hidrogenin səviyyəsini ölçmək üçün də xüsusi ultrabənövşəyi spektrometrlər quraşdırılıb. Bu zond ilk dəfə olaraq 687 gün davam edən Mars ili ərzində qırmızı planetin atmosferində baş verən dəyişikliklərin təsvirini Yerə göndərəcək.

Xəbər lenti
0