23:39 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
ELM
Qısa URL
71610

Valideynlər bildiriblər ki, uşaqlarını dərsə göndərməkdən ehtiyat edirlər. Sputnik Azərbaycan problemin səbəbini araşdırmağa çalışıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Koronavirus pandemiyasına görə karantin qaydaları qismən yumşaldılaraq məktəblərdə ənənəvi tədris fevralın 1-dən bərpa olunsa da, təhsil müəssisələrinin bəzilərində istilik problemi yaşanır.

Bu barədə Sputnik Azərbaycan-a məlumat verən valideynlər bildiriblər ki, məktəblər soyuq olduğundan onlar uşaqlarını dərsə göndərməkdən ehtiyat edirlər. Valideynlərin məlumatına görə, məsələn, 51 saylı məktəbdə sinif otaqları soyuqdur. Ona görə də uşaqlar və müəllimlər dərsdə üst geyimində oturmalı olurlar.

"Azəristilik" ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Azəristiliktəchizat"ın mənbələrindən istiliklə təmin olunması nəzərdə tutulan məktəblərin hamısına istilik verilir:

"Bizim qurum tərəfindən 287 məktəbə istilik verilir. Yerdə qalan məktəblərin özünün qazanxanası olduğundan istilik təminatını onlar özləri həyata keçirirlər. İndiyədək bizim qurumun istiliklə təmin etdiyi heç bir məktəbdən istiliklə bağlı şikayət daxil olmayıb".

R.Əliyev 51 saylı məktəbin də fərdi qazanxanası olduğunu, "Azəristilik" ASC tərəfindən qızdırılmadığını bildirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nazirlik tərəfindən fərdi qazanxanası olan məktəblərə təhsil müəssisələrinin qızdırılması ilə bağlı tapşırıq verilib.

"Ola bilər ki, hansısa ərazidə qazın verilməsində yaranan fasilə üzündən məktəbin qızdırılmasında problem yaransın. Yaxud da hansısa məktəbdə istilik borusunda nasazlıq yaransın. Bunlar hər biri fərdi şəkildə araşdırılmalıdır", - deyə C. Valehov əlavə edib.

Əsas mövzular