20:01 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
ELM
Qısa URL
30 0 0

Onlayn görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən hazırlıq işlərindən də söhbət açılıb

BAKI, 28 yanvar — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş keçirilib.

İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2020-2021-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş onlayn görüşdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər. Görüşdə I yarımil ərzində distant təhsilin təşkili sahəsində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, şagirdlərin elektron yerdəyişməsi, müəllim-şagird-valideyn münasibətlərinin düzgün formalaşdırılması, qarşıda duran digər vəzifələr ətrafında müzakirələr aparılıb.

Həmçinin "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə" Təhsil nazirinin əmrində müəyyən edilmiş əsas prioritet istiqamətlər barədə danışılıb. Onlayn görüşdə fevralın 1-dən başlayaraq ümumi təhsilin məktəbəhazırlıq qrupları və ibtidai təhsil üzrə tədris prosesinin bərpası ilə bağlı təhsil müəssisələrində görülən hazırlıq işlərindən də söhbət açılıb. Tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindan bəhs olunub. Daha sonra məktəb direktorları çıxış edərək rəhbərlik etdikləri təhsil müəssisələrinin fəaliyyəti barədə onları maraqlandıran sualları səsləndiriblər.

Teqlər:
reklam, görüş, onlayn, Məktəb direktorları

Əsas mövzular