20:16 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
ELM
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (447)
124 0 0

Nazir bildirib ki, metronun açılmaması təhsilin müəyyən pillələrində əyani tədrisin bərpası barədə qərara öz təsirini göstərib.

BAKI, 22 yanvar — Sputnik. Təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə bütün təhsil müəssisələrində tədrisin mərhələli şəkildə əyani formada təşkili qaydalarını açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazir bu gün keçirilən brifinqdə məlumat verib. O bildirib ki, təhsil müəssisələrində tədrisin bərpası təkcə Təhsil Nazirliyinin verə biləcəyi qərar deyil. Nazir bildirib ki, fevralın 1-dən Bakıda, Abşeronda və digər iri şəhərlərdə məkəbəhazırlıq, icma əsaslı məktəbəqədər qruplar və ibtidai təhsil bərpa edilir: "Məktəbəhazırlıq, icma əsaslı məktəbəqədər qruplar və ibtidai təhsildə əyani dərslərin həftədə üç dəfə, kiçik kəndlərdə isə həftədə 4-5 dəfə olmaqla bərpası barədə qərar verilib".

Nazir qeyd edib ki, növbəti təhsil pillələri ilə bağlı fevralın ortalarında müvafiq qərarların verilməsi gözlənilir: "Fevralın 15-nə yoluxmanın necə olacağı barədə proqnoz vermək çətindir. Biz nəzərə almalıyıq ki, bu açılmalar yoluxma sayına da təsir edə bilər. İnsan həyatından söhbət getdiyindən düzgün qərarlar verilməlidir. Fevralın 15-dən sonra 5-9-cu sinif və peşə təhsili və ali təhsilin qismən bərpası nəzərdə tutulur. Hal-hazırda verilən qərar ondan ibarətdir ki, metronun fəaliyyəti bərpa edilmədiyindən 5-9-cu siniflərin açılması növbəti mərhələdə daha yaxşı olar".

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (447)
Teqlər:
açıqlama, təhsil naziri, bərpa, əyani, təhsil

Əsas mövzular